Zelenskinin açıqlaması, ABŞ-ın diqtəsi və rusların REAKSİYASI - Ukraynada hansı proseslərə START VERİLİB?

Zelenskinin açıqlaması, ABŞ-ın diqtəsi və rusların REAKSİYASI - Ukraynada hansı proseslərə START VERİLİB?<span class="qirmizi"></span>

Ukrayna prezidenti Volodimir Zelenskinin ruslar haqqında verdiyi növbəti açıqlama böyük rezonans doğurub. Belə ki, “Washington Posta” müsahibə verən Ukrayna liderinin “ruslar dünyanın hər yerindən təcrid edilməlidir” sözləri kəskin reaksiyalara səbəb olub.

Nəzərə çatdırmaq lazımdır ki, Ukrayna əhalisi ruslarla eyni slavyankökünə sahibdir. Həm də ukraynalılar çoxdan ruslarla vəhdət təşkil edir. Məsələn, Sovet hakimiyyətindən indiyə qədər olan dövrdə milyonlarla Ukrayna əhalisi rus vətəndaşı ilə ailə qurub.

Ednews-a açıqlama verən siyasi ekspert İlqar Vəlizadə qeyd eedib ki, Zelenskinin bu bəyanatı emosianallığından irəli gələn bir səbəbdir.

“Əgər xatırlayırsınızsa, bir zaman əvvəl Zelenski Türkiyəyə də qarşı belə bir fikir səsləndirib. Burada rəhbərliyin sərişdəsini də nəzərə alsaq, deyə bilərik ki, Ərdoğan kimi bir siyasətçi daha çox təmkinlə davranaraq buna heç bir reaksiya vermədi. Bundan əlavə deyə bilərəm ki, Zelenski həm də istedadlı bir aktryordur. Onun bu cür ifadəsi bir sənətkar olaraq onun emosiyalarından irəli gələn bir adətdir”.

Politoloq Ukrayna prezidentinin bu cür ifadələrlə rusların əlinə “silah” verdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu ifadələr gələcəkdə Ukraynanın özünü hədəf ala bilər.

“Zelenski bu fikirləri söyləməklə həm də Rusiyanın gələcəkdə dünyaya car çəkərək təcrid olunmuş bir xalq olduqlarını bəyan etmək üçün onların əlinə bir şans verir. Hesab edirəm bu heç də düzgün addım deyil, çünki belə olan halda ruslar dünyanın hər yerində özlərinə qapanacaq və bu da Rusiya hakimiyyətinin əlində bir bayrağa çevriləcək”.

İlqar Vəlizadə həmçinin qeyd edib ki, Zelenskini bu fikirləri söyləməyə sövq edən əsas qüvvələr mövcuddur.

“Müharibədə Ukraynaya daha çox ABŞ-ın yardım etdiyi açıq görünür. Ona görə düşünürəm ki, bu ifadələri Zelenski deyil, məhz ABŞ özü onun dilindən deyir”.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna administrasiyası ruslara qarşı belə bir fikir səsləndirmirdi. Hətta sosial şəbəkələrdə milli barışığı təbliğ etmək üçün rus və ukraynalı cütlüklərin mehribanlıq simvolunu daşıyan video roliklər nümayiş etdirilirdi. Lakin son günlər müharibənin uzanması ukraynalıların ruslara qarşı aqressiyanı artırıb.

Mənbə: ednews.net