Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini AÇIQLADI

Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini  <span class="qirmizi">AÇIQLADI</span>

Qarabağda yaşanan son gərginliyin əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu 13-cü Səfirlər Konfransında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, 44 günlük Vətən Müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanat imzalandıqdan sonra təxminən 1 il 9 ay müddətində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

"Öhdəliklər dedikdə, Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağı tərk etməməsini nəzərdə tuturam. Üçtərəfli bəyanatda Ermənistan belə bir öhdəlik götürüb. Sülhməramlılar bölgəyə daxil olanda Ermənistan silahlı qüvvələri getməli idi. Amma orada hələ də erməni silahlı qüvvələri var. Avqustun 3-də növbəti dəfə təxribat törətməyə cəhd etdilər və bir gənc əsgərimiz şəhid oldu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri "Qisas" əməliyyatına başladı. Bu əməliyyatda düşmənə sarsıdıcı zərbələr endirildi. Vasitəçilərin müraciətləri sayəsində avqustun 3-ü axşam saatlarında bu əməliyyat dayandırıldı", - deyə C.Bayramov bildirib.

Milli.Az

Mənbə: news.milli.az