Dəhliz bağlanır: ermənilər üç təminatdan məhrum olacaq

Dəhliz bağlanır: ermənilər üç təminatdan məhrum olacaq<span class="qirmizi"></span>

Laçın dəhlizi Qarabağda qalan ermənilər üçün təkcə yol yox, həm də qaz, elektrik, internet xətlərinin keçdiyi infrastukrut marşrutudur: dəhlizin marşrutunun yeni yola köçürülməsi ilə ermənilər bu infrastukturdan məhrum olacaq; yeni marşrutu üzərində bu kommunikasiya xətləri yoxdur;

Separataçı-terrorçuların qondarma “naziri” Ayk Hanumyan deyir ki, onların “alternativləri” var. Lakin etiraf edir ki, əsas problem təbii qazın alternativinin olmamasıdır.

Elektrik enerjisi: müharibədən sonra separatçıların işğal dövründə nəzarət etdiyi 31 SES-dən 29-u ordumuzun nəzarətinə keçib; elektrik təminatını böyük ölçüdə Laçın dəhlizi üzərindən təmin edilirdi; separatçılar “alternativ”lərinin olduğunu iddia etsə də, 2 SES-lə təmin etmək çətin olacaq; Xankəndidə elektrik enerjisinin verilməsində fasilələrin yaranması da bunu deməyə əsas verir; şəhərin elektrik enerjisinin müəyyən hissəsi də Şuşa yarımstansiyasından verilir;

Təbii qaz: bu ilin mart ayında Xankındinin qaz təminatında yaranan problemdən sonra Azərbaycan bu istiqamətdə nəzarətini gücləndirdi; Laçın dəhlizindən keçən qaz infrastrukturunun dayanması isə bu məsələdə də ermənilərin ciddi çətinliklə üzləşəcəyindən xəbər verir;

İnternet: Qarabağda qalan erməniləri internetlə təminat problemi də gözləyir; kabel xətlərinin istismar müddəti bitdiyinə görə bölgədə invensiv internet kəsintisinin yaşandığı bəllidir, xüsusilə Xankəndidən başqa digər ərazilərdə bu problem ciddidir;

Dəhlizin istiqamətinin dəyişməsindən sonra ermənilərin qaldığı ərazilərin onlar üçün yaşaması mümkün olmayan torpaq sahəsinə çevriləcəyi perspektivi aydın görünür. Və bu, Bakının Qarabağ iqtisadi rayonuna nəzarət imkanlarını artırır. Çünki çətin şərtlər ermənilərin ya getməsi, ya da Azərbayca vətəndaşlığı seçimini sürətləndirə bilər. Çoxluğun birinci seçimə üstünlük verəcəyi ehtimalı daha böyükdür.

Asif Nərimanlı
 

 

Mənbə: publika.az