Sloveniya Prezidenti: "Putinin Ukraynaya hücumu münasibətlərimizə zərbə vurdu"

Sloveniya Prezidenti: "Putinin Ukraynaya hücumu münasibətlərimizə zərbə vurdu"<span class="qirmizi"></span>

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu mənim üçün sürpriz oldu, həm də təəssüfləndim”.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Sloveniya Prezidenti Borut Pahor Türkiyədə keçirilən səfirlərin 13-cü konfransında deyib.

“Müharibənin nəticələri, əlbəttə, qlobal əhəmiyyət daşıyır. Bu savaşadək Putinlə çox yaxşı münasibətim var idi. Ukraynaya hücum isə münasibətlərimizə zərbə vurdu”, - o bildirib.

Mənbə: report.az