“Haber Global”: “Əliyev Konyada Ərdoğanla Ermənistanın təxribatlarını müzakirə edəcək” - VİDEO

 

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş diqqət mərkəzindədir.

Bu barədə Türkiyənin “Haber Global” kanalı xəbər verib.

Məlumata görə, görüş yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 19:00-da) planlaşdırılan şam yeməyindən əvvəl olacaq.

Görüşdə Ermənistanın Kəlbəcər istiqamətində təxribatçı addımları və Azərbaycanın buna cavabı, enerji məsələləri, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılması və sair məsələlər görüşdə müzakirə ediləcək.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Putin alkoqolizmlə mübarizə üçün tapşırıq verdi

SONRAKI XƏBƏR

"Xətai Park"ın yaxınlığında ağaclar QURUDULUB