Putin alkoqolizmlə mübarizə üçün tapşırıq verdi

Rusiya Prezidenti Vladimir Putin Kirov vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Sokolova əhalinin alkoqolizm problemini həll etməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə Putin Sokolovla görüşündə deyib.

“Kirov vilayətində cəmi 11 belə yaşayış məntəqəsi var və onlardan 4-ü daimi monitorinq tələb edən vəziyyətdədir. Vətəndaşların gəlirlərinin azlığı, bu şəhərlərlə bağlı vəziyyətlərdən başqa bir problem də əhali arasında alkoqolizmin yüksək səviyyədə olmasıdır. Nəyisə gizləməyə ehtiyac yoxdur, biz gərək ən kəskin problemlərlə məşğul olaq. Sizdən xahiş edirəm ki, buna diqqət yetirəsiniz”, - Putin bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Blinken: “Dünyanın gələcəyi daha çox Afrikada asılı olacaq”

SONRAKI XƏBƏR

Sloveniya Prezidenti: "Putinin Ukraynaya hücumu münasibətlərimizə zərbə vurdu"