Litvada ukraynalı qaçqınlar üçün yer qalmayıb

Litvada ukraynalı qaçqınlar üçün yer qalmayıb<span class="qirmizi"></span>

Litva Ukraynadan olan qaçqınların yerləşdirilməsi imkanlarını praktiki olaraq tükəndirib.
Bunu ukraynalıların qəbuluna kömək edən və onların ölkə sakinləri arasında köçürülməsini koordinasiya edən “Birgə biz daha güclüyük” qeyri-hökumət təşkilatının (QHT) təsisçisi Edmundas Yakilaitis deyib. Onun sözlərinə görə, artıq qaçqınların universitetlərdə və xəstəxanalarda yerləşməsi üçün imkanlar axtarılır.

Edmundas Yakilaitis bildirib ki, gələn ukraynalılar normal yerləşdirilib, lakin yeni qaçqınların məskunlaşdırılmasında problemlər var: “Heç kim heç bir düşərgədə, kütləvi mərkəzlərdə yaşamalı deyildi, lakin yeni gələnlərin yerləşdirilməsi çətindir”.

Baltikyanı respublikanın statistika idarəsinin məlumatına görə, hazırda Litvada 61,7 min qaçqın var. Belə ki, ölkə əhalisinin sayına nisbətdə qəbul edilən qaçqınların sayına görə Litva Aİ-yə üzv ölkələr arasında liderlərdən biridir.



 

Mənbə: azvision.az