Ruslara viza verilməsin ESTONİYA FİNLANDİYA

Ruslara viza verilməsin ESTONİYA FİNLANDİYA<span class="qirmizi"></span>

Avropada rus turistlərini istəməyən ölkələrin sayı artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Estoniya və Finlandiya liderləri digər Avropa ölkələrindən olan Rusiya vətəndaşlarını turist vizalarının verilməsini dayandırmağa çağırıb. Rəsmilər Rusiyanın işğalı zamanı rusların Avropada istirahət edə bilməyəcəyini bildiriblər.

Estoniyanın baş naziri Kaja Kallas Tvitterdə yazıb ki, Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır: "Rusiyadan turizmə son qoymağın vaxtıdır".

Bir gün əvvəl finlandiyalı həmkarı Sanna Marin isə bildirib ki, Rusiya Avropada aqressiv və amansız müharibə apararkən rusların normal həyat sürməsi, Avropada səyahət etməsi, turist olması düzgün deyil.

Mənbə: sia.az