Rusiya hərbçiləri İran PUA-ları ilə təlimlərə başlayıblar

Rusiya hərbçiləri İran PUA-ları ilə təlimlərə başlayıblar<span class="qirmizi"></span>

 

Rusiya hərbçiləri İranın “Şahed-191” və “Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başlayıblar.

Bu barədə CNN anonim qalmaq istəyən hökumət rəsmisinə istinadən məlumat yayıb.

“Son bir neçə həftə ərzində Rusiya rəsmiləri İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə dair razılaşma çərçivəsində İranda təlim keçiblər”, - mənbə bildirib.

CNN xatırladır ki, hələ iyun ayında Rusiya ordusunun İrandan dronlar almaq planları barədə məlumat yayılıb. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Rusiya hərbçiləri “Şahed-191” və “Şahed-129” zərbə PUA-larını araşdırmaq üçün iyunun ortalarından iyulun ortalarına qədər İranın Kaşan aerodromuna azı iki dəfə səfər ediblər.

İran hakimiyyəti isə yayılan məlumatları inkar edir.

Mənbə: meduza.io

Mənbə: www.oxu.az