Rusiya Avrasiya İnkişaf Bankındakı nəzarət paketindən imtina edir - Sanksiyalardan qorxur...

Rusiya Avrasiya İnkişaf Bankındakı nəzarət paketindən imtina edir - Sanksiyalardan qorxur...<span class="qirmizi"></span>

Rusiya Avrasiya İnkişaf Bankının nəzarət paketindən imtina etmək niyyətindədir. "Bloomberg" nəşrinin yaydığı məlumata görə, Moskva kredit təşkilatını Qərbin sanksiyaları təhlükəsindən qurtarmaq üçün belə bir addım atmağa qərar verib.

Avrasiya İnkişaf Bankı 2006-cı il yanvarın 12-də imzalanmış dövlətlərarası saziş əsasında Avrasiya regionu ölkələrinin iqtisadiyyatlarının postsovet məkanına inteqrasiyasını təşviq etmək məqsədilə yaradılıb.

Bankın əsas səhmdarları Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır. Bankın nizamnamə kapitalı 7 milyard ABŞ dollarıdır, baş ofisi Alma-Atada, filialları isə iştirakçı dövlətlərin bütün paytaxtlarında, eləcə də Sankt-Peterburqda yerləşir.

Mənbələrin bildirdiyinə görə, hazırda kredit təşkilatının səhmlərinin 65,97%-i Rusiyaya məxsusdur və Moskva Belarusla birlikdə bankdakı ümumi payını yarıdan da aşağı salmağı planlaşdırır.

Bu plan reallaşarsa, bankın nəzarət paketi hazırda Avrasiya İnkişaf Bankının səhmlərinin 32,99%-nə sahib olan Qazaxıstana keçəcək. Digər 1%-i Belarusa, qalan paylar isə Tacikistan, Ermənistan və Qırğızıstan arasında bölüşdürüləcək.

"AzPolitika.info"

Mənbə: azpolitika.info