İran casusu Boltonu öldürmək  İSTƏDİ

ABŞ İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvünü sabiq prezident Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltonu öldürməyə cəhddə ittiham edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik iddia edib ki, Tehrandan olan 45 yaşlı Mehdi Rezayi kimi tanınan Şəhram Pursəfi SEPAH komandiri Qasım Süleymaninin ölümünə cavab olaraq Boltonu qətlə yetirmək istəyib.

İddiaya görə, Şəhram Poursafi adı açıqlanmayan ABŞ sakininə yaxınlaşaraq Boltonun şəklini çəkməyi xahiş edib. O, daha sonra Con Boltonu öldürmək üçün 250 min dollar təklif edib.

Bolton "Twitter"də Ədliyyə Nazirliyinə təşəkkür edib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyə bu yolda inamla addımlayacaq...” – Komitə sədri

SONRAKI XƏBƏR

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEO