Rusiya helikopteri bu ölkəyə girdi

Rusiyaya məxsus Mi-8 helikopteri çərşənbə günü Estoniyanın hava məkanını pozub.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

“Avqustun 9-u axşam saatlarında Rusiyanın Mi-8 helikopteri ölkənin cənub-şərqindəki Koidula bölgəsində icazəsiz Estoniyanın hava məkanına daxil olub. Helikopter təxminən bir dəqiqə Estoniyanın hava məkanında olub. Helikopterin uçuş planı olmayıb, ötürücü söndürülüb, həmçinin Estoniya Hava Hərəkəti Xidməti ilə ikitərəfli radio rabitəsi olmayıb”, - məlumatda deyilir.

Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, insidentlə bağlı Rusiya səfiri Vladimir Lipaev XİN-ə çağırılıb və ona sərhədi pozduqlarına görə etiraz notası göndərilib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Onu sancan ilanı dişlədi, ilan öldü

SONRAKI XƏBƏR

Qurumuş ağac yaşayış binasının üstünə aşıb – VİDEO