Rusiyanın Krıma endirilən zərbəyə necə cavab verəcəyi proqnoz edilib...

Rusiyanın Krıma endirilən zərbəyə necə cavab verəcəyi proqnoz edilib...

"Rusiya bu gün cəbhədəki vəziyyətə əsaslı surətdə təsir edəcək imkanlarına malik deyil..."

"Ukrayna bütün cəbhə boyunca döyüş əməliyyatlarının aparılması qaydasını diktə edir..."

Rusiya ordusunun işğal edilən Krımda yerləşən aviabazaya endirilən zərbəyə raket atəşlərindən savayı cavab verməyə bir şeyi yoxdur.

Moderator.az xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi, publisist Mark Feyqinlə söhbətində hərbi ekspert Oleq Jdanov ifadə edib.

Müzakirənin əvvəlində ekspert əmin edib ki, şübhəsiz, partlayışlar Ukrayna Silahlı Qüvvələrinin (USQ)

hücumu nəticəsində baş verib, hərçənd, Rusiya hakimiyyəti əmin edir ki, "hava limanında döyüş sursatının saxlanıldığı meydançada heç bir atəş təsiri olmayıb".

Jdanovun sözlərinə görə, bir zərbə ola bilərdi. Qalan partlayışlar detonasiya nəticəsində baş verə bilərdi.

"Orada ciddi döyüş sursatlatı var və USQ bu sursatları hədəfə alıb", - Jdanov deyib və ukraynalıların hansı mərmilərdən hücumunun bir neçə versiyasını irəli sürüb.

"Birinci versiya "Hapun" kompleksidir. Bu, gəmiəleyhinə raketlərdir və yerüstü hədəfləri vutmaq imkanına malikdir.

İkinci variant ATACMS kompleksi (Amerikanın ballistik raketi olan operativ-taktiki raket kompleksi) ola bilər", - Jdanov deyib və qeyd edib ki, Rusiya qoşunları gəmiəleyhinə "Qranit" kompleksi ilə Nikolayev şəhərini atəşə tutur.

Feyqin xatırladıb ki, Dmitri Medvedev hədə-qorxu gələrək deyib ki, "Krımda nəsə baş versə, inanılmaz gücə malik zərbə ilə cavab verəcəyik", "öz üslubunda Yerdə cəhənnəm vəd edib".

Buna cavab olaraq Jdanov deyib ki, raket zərbəsindən savayı, rusiyalı hərbçilər heç bir şeylə cavab vermək iqtidarında deyil.

Kremlin zəbt edilən Zaporojye AES-lə bağlı hədələrindən danışarkən, Jdanov bunun ciddiliyini şübhə altına alıb.

"Yeganə vasitə raket zərbəsinin endirilməsidir. Sonuncu raket zərbələrini və hətta Vinnitsaya "Kinjal"la endirilən zərbəni nəzərə alsaq, deyə bilərəm ki, raketlərlə də bağlı vəziyyət gərgindir. Ona görə də kütləvi zərbələr olmayacaq, amma qrup halında bir neçə hədəfə zərbələr ola bilər. Ona görə ki, Rusiya bu gün cəbhədəki vəziyyətə əsaslı surətdə təsir edəcək imkanlara malik deyil. Bu gün biz onlara bütün cəbhə boyunca döyüş əməliyyatlarının aparılmasının qaydasını diktə edirik", - ekspert vurğulayıb.

Jdanov həmçinin Putinin Bankov küçəsinə (Kiyevdə hökumət məhəlləsi) zərbə endirəcəyinə inanmır. O, qeyd edib ki, Ukrayna prezidentinin Ofisi etibarlı müdafiə olunur, çünki sovet dönəmində tikilib.

"Oralar elə betonlaşdırılıb ki, heç nə ilə dağıtmaq mümkün deyil", - hərbi ekspert əmin edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Xalq artisti güneyli müğənni ilə "Laçın" mahnısını ifa etdi -VİDEO

SONRAKI XƏBƏR

"Bu, bizim ümumi komandamızdır..."