Peskovdan MESAJ: "Bir çox ölkələr Rusiya ilə bağlı "ağıl xəttini" aşır"

"Bir çox ölkələr ağılın bəzi sərhədlərini keçir. Yaxşı, Çaykovskini inkar etmək olarmı, mümkün deyil. Rusiyanı inkar etmək olarmı? İstəsəniz də, istəməsəniz də, bu, sadəcə olaraq mümkün deyil".

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Avqustun 9-da Litva Xarici İşlər Nazirliyi Soçidə Tatyana Navkanın buz şousunda çıxış etmək niyyətinə görə Drobyazko və Vanaqasın Litvanın dövlət mükafatlarından məhrum edilməsi ideyasını dəstəklədiyini açıqlayıb.

Avqustun 10-da Litva prezidenti fiqurlu konkisürənlər Drobyazko və Vanaqas Soçidə çıxış etdiklərinə görə dövlət mükafatlarını geri alıb.

Qeyd olunur ki, Peskovun bu mesajı da məhz Litvaya ünvanlanıb.

Hüseyn İbadlı

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Bu, bizim ümumi komandamızdır..."

SONRAKI XƏBƏR

Antalyada AĞIR QAZA: 20-yə yaxın yaralı var