İran prezidenti Paşinyanla telefonla danışıb

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Ordu.az İRNA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə Rəisi qeyd edib.

Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.

Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

SONRAKI XƏBƏR

“Mavi əjdaha” VAHİMƏSİ: Sahildəkiləri qorxuya salan dəniz canlısı nədir? – VİDEO