Türkiyə və İran XİN rəhbərləri Yaxın Şərqdəki prosesləri müzakirə ediblər

Türkiyə və İran XİN rəhbərləri Yaxın Şərqdəki prosesləri müzakirə ediblər<span class="qirmizi"></span>

Türkiyənin və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu cə Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərini, Yaxın Şərqdəki prosesləri, İranın nüvə proqramı üzrə danışıqların gedişini müzakirə ediblər.

Həmçinin nazirlər İranda sel və daşqınlar mövzusuna da toxunulublar.

Mənbə: www.realtv.az