Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb

Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb<span class="qirmizi"></span>

 

İşğal zamanı Zabuxda qanunsuz şəkildə məskunlaşdırılmış ermənilərin Laçınla yanaşı bu kəndi də Azərbayacana təhvil verməyə hazırlaşırlar. Ermənistan cəmiyyətində ajiotaş yaradan bu hazırlıq işləri İrəvana qarşı nifrəti birə-beş artırıb. Yerli media Nikol Paşinyan hakimiyyətini fərsiz, bacarıqsız, kapitulyasiyaya alışmış bir komanda kimi xarakterizə edərək tənqid edir. "Zabuxa enerji və rabitə verilişi dayandırılacaq" - Çavuşyan Məsələn ermənilərin məşhur "Hraparak" nəşrində Zabuxla hadisələri ilə bağlı diqqət çəkən yazı dərc edilib. Müəllif Paşinyana bir neçə sual da ünvanlayıb.

"Siz komandirləri, əsgərləri həbs edirsiniz ki, ya döyüşməyiblər, geri çəkiliblər, ya da düşmənə satılıblar, əsgərlər təslim olublar deyirsiniz. Onu da deyirsiniz ki, hələ bir niyə əsir düşmələri, nə üçün döyüşsüz təslim olmalarını araşdırmaq lazımdır.

Zabuxda insanların əlindən ov tüfənglərini belə alırsan ki, onlar torpaqları "müdafiə" etməsinlər. Deyirsən ki, evləri salamat şəkildə düşmənə təhvil verməlisiniz, bir dənə də olsun budaq itməsin. Əgər belə olmasa, 10 milyon kompensasiya almayacaqsıznız. Bu məsələləri nə qədər gizlətsəniz də, kənd camaatı deyirlər. Ağlayırlar ki, bizə silah versinlər, evləri, torpağı "qoruyaq". Erməniləri tərksilah edirsən, sonra da elə təəssürat yaradırsan ki, onlar torpaqları saxlamaq istəmirlər. Bu, bəlkə də dünyada yeganə hakimiyyətdir ki, insana özünü, "evi"ni, övladını qorumaq imkanı vermir. İnsanı özünümüdafiə imkanından məhrum edir. Elə bil quşun qanadını kəsib dedin ki, baxın, o uçmaq istəmir. Göyərçinin qanadları kəsildi.

Dəhşətlisi odur ki, eyni qayçı daha çox qanadları kəsəcək. Və sonra o, guya quşların niyə uçmadığını, niyə yerə yıxılıb ayağa qalxmadığını öyrənmək üçün komitə yaratdı. Şuşa və Hadrut niyə yıxıldı?

Əgər biz özümüzü müdafiə etmədən təslim oluruqsa, o zaman bu ölkədə Müdafiə Nazirliyi nəyə lazımdır? Könüllü olaraq təslim olduğumuz üçün müdafiəyə ehtiyacımız yoxdur", - məqalədə yazılıb.

Tural Tağıyev

 

 

Mənbə: azvision.az