Gürcüstanda Rusiyaya nifrət pik nöqtədə: "Heç 2008-də də belə deyildi"

Gürcüstanda Rusiyaya nifrət pik nöqtədə: "Heç 2008-də də belə deyildi"<span class="qirmizi"></span>

Politoloq Gia Nodia Rusiyadan turist və miqrant axını ilə bağlı Gürcüstanda narazılıqların artmasını şərh edib.

Bizimyol.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, politoloqun fikrincə, Gürcüstan ictimaiyyətinin bir hissəsinin Rusiya vətəndaşları üçün viza tətbiq etmək və daşınmaz əmlak alışını məhdudlaşdırmaq istəyi onların öz hökumətinə inamsızlığından irəli gəlir. Nodia qeyd edir ki, Gürcüstana gələn Rusiya vətəndaşlarına qarşı mənfi münasibət 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında baş vermiş müharibədən sonra indi daha güclüdür. O, bunu paradoks hesab edir.

“Gürcüstana birbaşa hücumdan sonra biz Rusiya vətəndaşlarına qarşı indikindən daha çox qəzəbli olmalıydıq”,- deyə Nodia bildiirb.

Lakin o, “əsas səbəbi” 2008-ci ildə Mixail Saakaşvili hökumətinin siyasəti ilə indiki “Gürcü arzusu” arasındakı fərqlə izah edir. Nodia hesab edir ki, 2008-ci ildə çoxları müxtəlif səbəblərdən Saakaşvili hökumətinə nifrət edirdi, lakin ağlı başında olan heç kim onu rusiyapərəst adlandıra bilməzdi.

Politoloq qeyd edir ki, o zaman hökumətin Rusiyanın Gürcüstana qarşı aqressiv siyasətini təşviq edəcəyindən və dəstəkləyəcəyindən heç kim qorxmurdu. Ona görə də cəmiyyət hökumətin Rusiya vətəndaşları üçün viza rejiminin ləğvini, turizmin təşviqini sakitliklə qəbul etdi.

Nodianın fikrincə, hazırkı hökumətin qərbyönümlü siyasətlə bağlı təminatları ritual xarakteri daşıyır. Nodia etiraf edir ki, o, özü də Rusiya Federasiyası vətəndaşları üçün vizaların tətbiqinin tərəfdarıdır, lakin indiki hökumət dövründə bunu ağlasığmaz hesab edir.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info