Xankəndidə ermənilərin qəzəbinə səbəb olan bildiriş: “Azərbaycana xoş gəlmisiniz!”

Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilər arasında qəzəblə qarşılanıb.

Belə ki, bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur.

Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə (+994 12 597-08-70) müraciət olunmasının tövsiyə edilməsidir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın sabiq müdafiə nazirinin işi Antikorrupsiya məhkəməsinə göndəriləcək

SONRAKI XƏBƏR

Nədən Medvedev "qəflətən, qulyabanı kimi" öz imicini "liberal"dan "zülmət daşıyıcısı"na dəyişib?..