Krımdakı partlayışdan sonra peyk görüntüləri yayıldı - Rus təyyarələri bu hala düşdü - FOTO

Krımdakı partlayışdan sonra peyk görüntüləri yayıldı - Rus təyyarələri bu hala düşdü -   <span class="qirmizi">FOTO</span>

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasındakı hərbi aerodromun vurulmasından sonra yeni peyk görüntüləri ortaya çıxıb. Ordu.az xəbər verir ki, Ukraynanın Açıq Mənbə Kəşfiyyat (OSINT) mütəxəssisi Rusiya hərbi təyyarələrinin Krımdakı bazada məhv edildiyini təsdiqləyən yüksək keyfiyyətli peyk görüntüləri yayımlayıb.

Peyk görüntüləri Krımdakı aviabazada törədilən güclü partlayışlarda ən azı 10 rus döyüş təyyarəsinin məhv edildiyini təsdiqləyir.

9 avqust və 10 avqust görüntülərinin müqayisəsi çoxlu məhv edilmiş hərbi təyyarələri və dağılmış binaları göstərir.

Rusiya Müdafiə Nazirliyi Saki bazasının atəşə tutulduğunu təkzib edib və orada hərbi sursatların partladığını bildirib.

Rusiyanın dövlət xəbər agentliyi TASS naməlum mənbəyə istinadən bildirib ki, partlayışların əsas səbəbi “yanğın təhlükəsizliyi tələblərinin pozulması” olub. Nazirlik heç bir döyüş təyyarəsinin zədələnmədiyini bildirib.




Sevinc Əliyeva

Mənbə: ordu.az