“Saakaşvili ölüm ayağındadır”

Tbilisinin “Vivamed” klinikasında müalicə olunan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ağır xəstədir.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə siyasətçini ziyarət edən nevroloq Otar Toidze bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Saakaşvilini həkim qrupu ziyarət edəcək və keçmiş dövlət başçısının sağlamlıq vəziyyəti haqda yekun diaqnoz hazırlayacaq:

“Bir aya yaxındır ki, Saakaşviliyə baş çəkmirdik. Onun indiki vəziyyəti haqda biz yalnız KİV-dən və həkimlərlə qısa söhbətdən bilirik. Mixail Saakaşvili birinci və sonuncu ziyarətim arasında dramatik fərq var. O vaxt onun nitqində və yeriməsində indi olduğu kimi problem yox idi. Bu, xəstəliyin üçüncü ağırlıq dərəcəsidir, yəni ölümqabağı mərhələsidir”.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti M. Saakaşvili mayın 12-də cəza çəkdiyi Rustaveli həbsxanasından “Vivamed” klinikasına köçürülüb.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

“Kisəli diversant” Rusiyanın Avstraliyadakı səfirliyinə “hücum etdi” - VİDEO

SONRAKI XƏBƏR

İyulda gündəlik xam neft hasilatı 549,9 min barel olub