CNN: "Rusiyanın Olenivka həbsxanasının partladılması ilə bağlı versiyası həqiqəti əks etdirmir"

CNN: "Rusiyanın Olenivka həbsxanasının partladılması ilə bağlı versiyası həqiqəti əks etdirmir"<span class="qirmizi"></span>

CNN-in araşdırması Olenivkada ukraynalı məhbusların ölümü ilə bağlı Rusiyanın versiyasını təkzib edib.

“Report” xəbər verir ki, ABŞ-ın CNN telekanalı tərəfindən aparılan araşdırma Ukrayna hərbi əsirlərinin, o cümlədən “Azov” alayının əsgərlərinin saxlandığı Olenivka qəsəbəsindəki koloniyanın atəşə tutulması ilə bağlı Rusiyanın versiyasını araşdırıb.

Bildirilib ki, onlarla hərbi əsirin ölümü ilə nəticələnən qətliamın ertəsi günü Rusiya Müdafiə Nazirliyi hadisəni Ukraynanın Qərb tərəfdaşlarından aldığı HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemi (RYAS) tərəfindən həyata keçirildiyini bildirib.

Kiyev isə bu iddiaya cavab olaraq verib ki, bu, Rusiyanın təxribatıdır, məqsədi Ukraynanı müharibə cinayətləri törətməkdə ittiham etməkdir.

CNN jurnalistləri araşdırmalarında Olenivka koloniyasından video və fotoları təhlil edib, peyk görüntülərini incələyib, hərbi və məhkəmə ekspertlərinin rəylərini alıblar.

Onların qənaətləri baş verənlərin Rusiya versiyasını istisna edir.

Xüsusilə təcridxananın binasına dəymiş ziyanın xarakteri onu göstərir ki, istifadə olunan RYAS deyil. Binanın divarları və damın böyük hissəsi toxunulmaz qaldı, bu da HIMARS sistemlərindən istifadə edərkən istisna edilir.

Müqayisə üçün jurnalistlər həqiqətən də HIMARS tərəfindən hücuma məruz qalan Ukraynanın cənubundakı Rusiya silah anbarlarının dağıdılması ilə bağlı şəkillərə istinad edirlər.

Rusiya tərəfinin təqdim etdiyi Olenivkadan foto və videolara əsaslanaraq, CNN-ə müsahibə verən ekspertlər belə qənaətə gəliblər ki, qətliamın səbəbi yanğın olub və o qədər ani olub ki, məhbuslar çarpayılarından qalxmağa belə vaxt tapmayıblar.

Silahlar üzrə mütəxəssis Kris Kobb-Smit heç bir şəkildə çuxur və qəlpə zədələnmələrini görmədiyini, bunun RYAS-dan atəşə tutulmaqla mümkün ola biləcəyini istisna edib.

Mütəxəssislər onu da vurğulayıblar ki, Ukrayna həqiqətən də Olenivkanı atəşə tutmaq istəyərdisə, məhdud sursatı olan bahalı HIMARS-lardan istifadə etməyə ehtiyac olmazdı. Təcridxana cəbhə xəttindən 15 kilometr aralıda yerləşir və Ukrayna Silahlı Qüvvələri belə məsafələrdə zərbələr endirmək üçün başqa növ silahlara malikdir.

Araşdırma Rusiya versiyasının əsassız olduğunu göstərən daha bir neçə arqumentlər də təqdim edir.

Rusiya tərəfinin belə bir təxribata əl atmasına vadar edəcək səbəblər barədə çox danışılmır. Bildirilib ki, iki anonim ukraynalı mənbə CNN-ə deyib ki, Olenivkaya hücum məhbus mübadiləsi ərəfəsində baş verib.

Həmçinin məhbuslardan birinin həyat yoldaşının dediyinə görə, zərbədən bir müddət əvvəl separatçılar ən təhlükəli və üsyana meyilli hesab etdiyi bir neçə “Azov” döyüşçüsünw Olenivka korpuslarından birinə köçürüb.

Xatırladaq ki, iyulun 29-u gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə “Azov” alayının döyüşçüləri daxil olmaqla Ukraynanın əsir düşən 50 hərbçisi həlak olub, 75 nəfər yaralanıb. Hadisədə tərəflər bir-birini ittiham edir.

Mənbə: report.az