Türkiyə və Özbəkistan müdafiə nazirləri telefonla danışıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar Özbəkistanın müdafiə naziri Bahadır Qurbanovla telefon danışığı aparıb. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, müdafiə sənayesi sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı fikir birliyi də vurğulanıb.

 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Tanınmış türk ssenarist Şeyx Şamil haqqında film çəkir

SONRAKI XƏBƏR

Bakıda 6 aylıq uşağın həyatı TƏHLÜKƏDƏDİR - FOTO