"Rusiya Zelenskiyə qarşı təxribat hazırlayır"

Rusiya Federasiyası Ukrayna prezidenti Volodimir Zelenskini gözdən salmaq üçün informasiya kampaniyası hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.

"Rusiya Federasiyası Prezidentinin Administrasiyası Rusiya xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılması ilə bağlı razılığa gəlib. Onun əsas vəzifəsi Qərbi Avropada Ukrayna prezidenti Volodimir Zelenskini nüfuzdan salmağa yönəlmiş informasiya "aksiyasını" həyata keçirmək olacaq", - agentlik bildirib.

Avqustun 10-na olan məlumata görə, bu layihənin işə salınması üçün əsas hazırlıq tədbirləri başa çatıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bazalt yatağı hərraca çıxarılacaq

SONRAKI XƏBƏR

Tapılan kartla alış-veriş edib, cəzalandırılıb