“Ermənistan Rusiyaya deməlidir ki, təhlükəsizliyi təmin etmirsənsə, çıx get” - Xaçatryan

Ermənistanda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müzakirələr intensivləşib. Maraqldır ki, Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında insidentlər hansı şəkildə baş versə də, Ermənistan Rusiyanın “ətəyindən” yapışmaqda davam edir. Erməni hüquq müdafiəçisi, ekspert Arbak Xaçatryan hesab edir ki, Ermənistan bir dəfə kəskin bəyanatla çıxış etməlidir.

“Ermənistan Rusiyaya deməlidir ki, təhlükəsizliyi təmin etmirsənsə, çıx get. Ancaq problemin daha qlobal nəzərdən keçirilməsinə ehtiyac var. İstənilən zəif dövlət günahı başqasının boynuna atır. Sizin qohumunuz, ailə üzvləriniz zəif, satıcı və quldur olsa belə, ona heç vaxt etibar etməyəcəksiniz”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, əgər Ermənistan ölkədə normal ordu qurmasa, öz təhlükəsizliyini təmin etmək istəmirsə, heç bir beynəlxalq sülhməramlı qüvvə Ermənistanın yerinə bunu etməyəcək.

“Onsuz da dünya alov içindədir, 1945-ci ildən sonrakı vəziyyət deyil ki, kiminsə “altında” olduğunu düşünəsən. Təhlükəsizliyimizi təmin etmək üçün kimi gətirəcəyimizi düşünməyə davam edə bilmərik”, - deyə Xaçatryan vurğulayıb.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur ulduz dəbdəbəli mülkü 30 milyon dollara satır

SONRAKI XƏBƏR

Türkiyə və Ermənistanın bir sıra nazirliklərinin nümayəndələri Qarsda görüşə bilər