BMT-dən çağırış: Ukraynada atom stansiyalarının ətrafındakı döyüşləri dayandırın

BMT-dən çağırış: Ukraynada atom stansiyalarının ətrafındakı döyüşləri dayandırın<span class="qirmizi"></span>

BMT-nin baş katibi Antoniu Quttereş Ukraynanın Zaporojski Atom Elekrtik Stansiyasını hücumdan qorumaq üçün təhlükəsizlik perimetri sahəsinin yaradılmasının zəruriliyini bəyan edib.

Bakupost.az xəbər verir ki, bu gün verilən açıqlamaya görə, Quterreş Rusiya və Ukrayna hərbi qüvvələrini Atom Elektrik stansiyası ətrafında hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

"AES ətrafından hərbi texnika və personal çıxarılsın. Bu obyekt qəti olaraq hər hansı hərbi əməliyyat və döyüş sahəsinə daxil olmamalıdır. Təcili olaraq, rayonun təhlükəsizliyi təmin edilsin, bunun üçün hər iki tərəf danışıqlara başlasın", - deyə Quterreş bildirib.

Zaporojye AES Dneprin sahilindədir, bu, blok sayına görə Avropada ən böyük AES-lərdən biridir.

Aygün Musayeva

Mənbə: www.bakupost.az