BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır”

BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır”<span class="qirmizi"></span>

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya və Ukraynanı Zaporojye AES-in ərazisinə zərbə endirməməyə, oradan hərbçiləri çıxarmağa, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) obyektə maneəsiz çıxışını dərhal təmin etməyə çağırıb.

“Report” xəbər verir ki, onun bununla bağlı bəyanatı BMT-nin saytında dərc olunub.

BMT-nin Baş katibi Zaporojye AES-lə bağlı narahatlığını ifadə edib. O, son günlərdə yeni narahatedici hadisələr haqqında xəbərlərin daxil olduğunu və davam edəcəyi təqdirdə bu hadisələrin faciəyə səbəb ola biləcəyini bildirib.

Antoniu Quterreş tərəfləri təhlükəsiz demilitarizasiya perimetri haqqında saziş imzalamağa çağırıb.

Xatırladaq ki, Ukraynanın Zaporojye vilayətində yerləşən AES mart ayından etibarən Rusiya qoşunlarının nəzarəti altındadır. Son günlərdə tərəflər bir-birini AES ətrafında vəziyyəti kəskinləşdirməkdə ittiham edib.

Mənbə: report.az