“Laçın dəhlizinin yeni marşrutunun tikintisi 10 noyabr bəyanatına uyğundur..."- Erməni ekspert

“Laçın dəhlizinin yeni marşrutunun tikintisi 10 noyabr bəyanatına uyğundur..."- <span class="qirmizi">Erməni ekspert</span>

"Məlum bəyanatda deyilir: "Layihə üç il ərzində razılaşdırılmalıdır". Və təbii ki, Azərbaycan razılaşmadan sonra tikintiyə başlayıb..."

“Laçın dəhlizinin yeni marşrutunun tikintisi üçtərəfli bəyanatın müddəalarına uyğundur”.

Moderator.az xəbər verir ki, bunu “Kavkazski uzel” nəşrinə açıqlamasında Ermənistan

politoloq Suren Surenyants söyləyib.

“Buna aid bəndin təfsirində "xilasedici dairə" tapmağa çalışanlar mühüm bir fakta məhəl qoymurlar: Ermənistan ağır məğlubiyyətə uğrayıb və qalib tərəf şərtləri diktə edir. İllah da beynəlxalq vəziyyət və xüsusən Ukraynadakı müharibə buna öz töhfəsini verir.

Məlum bəyanatda deyilir: "Layihə üç il ərzində razılaşdırılmalıdır". Və təbii ki, Azərbaycan razılaşmadan sonra tikintiyə başlayıb. Qabaqcadan müzakirə və razılıq olmadan Azərbaycan buldozeri yolu çəkə bilməz, Ermənistan tərəfi də onun öz ərazisindəki hissəsinin tikintisini elan etməzdi" -deyə Surenyants vurğulayıb.

Politoloq əlavə edib ki, Ermənistan hakimiyyətinin mövqeyi anlaşılmazdır.

"Ermənistanın baş naziri Nikol Paşinyan iyunun sonunda onlayn mətbuat konfransı zamanı Laçın və Zabux kəndinin təhvil veriləcəyini bəyan etdi. Qarabağ prezidenti(qondarma-S.L.) Arayik Arutyunyan isə "Biz Zabuğu xilas etmək üçün mübarizə aparacağıq, lakin Laçın mövzusu bağlanıb"- dedi. Bu bəyanatlar fonunda Azərbaycanın tələbinin qeyri-legitim olduğunu deyən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatı anlaşılmazdır. Belə çıxır ki, Paşinyan və Arutyunyanın bəyanatları da qeyri-legitimdir”, - deyə erməni politoloq təəccübünü ifadə edib.

 

Mənbə: moderator.az