Məhkəmədən Ovsyannikova ilə bağlı qərar

Məhkəmədən Ovsyannikova ilə bağlı qərar<span class="qirmizi"></span>

Moskvanın Basmannı məhkəməsi canlı yayımında Ukraynadakı müharibəyə etiraz edən “Birinci Kanal”ın keçmiş əməkdaşı Marina Ovsyannikovanı ev dustaqlığına buraxıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hakim müstəntiqin vəsatətinin təmin edilməsi, ev dustaqlığı növündə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarı elan edib.

Qeyd edək ki, ötən gün Moskva məhkəməsi Rusiya ordusunu nüfuzdan saldığını əsas gətirərək redaktoru 40 min rubl məbləğində (1 000 manat) cərimələyib.

Mənbə: axar.az