Böyük Britaniya Ukraynaya yenidən hərbi yardım edəcək

Böyük Britaniya Ukraynaya daha çox sayda raket sistemləri və idarə olunan raketlər tədarük edəcək.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu qərar Böyük Britaniyanın bu ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi çoxsaylı raket sistemlərinin uğurlu istifadəsindən sonra verilib.

Müdafiə naziri Ben Uollesin sözlərinə görə, yeni hərbi dəstək Ukrayna qüvvələrinə “Rusiyanın təcavüzündən müdafiəni davam etdirməyə və uzaqmənzilli artilleriyadan fərq qoymadan istifadə etməyə” imkan verəcək.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Emin Ağalarov: “Biz ailə olaraq qalmağı bacarmışıq” – VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan idman gimnastikasında ilk qızıl medalını qazanıb