Tiflisdən Podolyaka sərt cavab: Buna haqqın yoxdur!

Tiflisdən Podolyaka sərt cavab: Buna haqqın yoxdur!<span class="qirmizi"></span>

Heç kimin, o cümlədən, Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstana qarşı əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının deputatı Mixail Sardjveladze deyib.

O bildirib ki, Ukrayna rəsmiləri Gürcüstan haqqında danışarkən öz tonunu seçməlidirlər:

“Heç kəsin, o cümlədən müharibə aparan ölkənin yüksək rütbəli məmurunun belə bir tonda əsassız, tərəfin inkar etdiyi şəraitdə ittihamlar irəli sürməyə haqqı yoxdur. Əgər kimsə öz söhbətinin tonunu və məzmununu süzgəcdən keçirməlidirsə, bunu, ilk növbədə, məsələn, Podolyak etməlidir”.

Deputat deyib ki, Ukrayna tərəfi miflər uydurur, sonra onlarla özü mübarizə aparır:

“Əsassız və məsuliyyətsiz ittihamlara qarşı sərt cavab alan zaman təəccüblənməyin və heç kimi tənqid etməyin. Çünki Gürcüstan hökumətinin bu cür bəyanatlara qarşı bütün cavabları layiq olduğundan qat-qat balanslı və daha yumşaq şəkildə olub”.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bildirib ki, gürcü rəsmiləri öz tonunu dəyişməli, əgər hansısa səbəbdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai bəyanatlar verməyi dayandırmalıdırlar.

Mənbə: axar.az