ABŞ-dan Rusiyaya çağırış: "Nüvə obyektləri yaxınlığında əməliyyatları dayandırın"

ABŞ hakimiyyəti Zaporojye atom elektrik stansiyasının ətrafında silahsızlaşdırılmış zona yaradılması ideyasını dəstəkləyir. AzVision.az
xəbər verir ki, bu barədə Reuters agentliyin Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, atom elektrik stansiyası yaxınlığında döyüşlərin aparılması təhlükəlidir.

"Biz Rusiyanı Ukraynanın nüvə obyektlərinin yaxınlığında apardığı hərbi əməliyyatları dayandırmağa çağırıq. Həmçinin Ukraynanın Atom Elektrik Stansiyasının ətrafında silahsızlaşdırılmış zonanın yaradılması ilə bağlı çağırışlarını dəstəkləyirik".

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Zaporojye AES-in ətrafında təhlükəsizlik perimetrinin yaradılmasına çağırış edib. Quterreşin vurğulayıb ki, obyekt hər hansı hərbi əməliyyatın bir hissəsi kimi istifadə edilməməlidir. Əvəzində ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsiz demilitarizasiya perimetri üzrə texniki səviyyədə təcili razılaşma lazımdır.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Xankəndi və yeni dəhliz tam nəzarətimiz altında!

SONRAKI XƏBƏR

ABŞ Dövlət Departamenti İran PUA-larının Rusiyaya tədarükünü şərh edib