Ermənistan-İran sərhədində ABŞ-Rusiya mübarizəsi?

Ermənistan-İran sərhədində Rusiya sərhəd xidmətinin gücləndirilməsi, bir gün əvvəl Rusiya sərhəd mühafizə idarəsinin açıqlama yayması erməni dairələrində böyük diqqət mərkəzində qalmaqda davam edir. Rus sərhədçilərin Mehri-Əkərək yolunda nəzarəti gücləndirməsi və bir neçə modul buraxılış məntəqəsi quraşdırması Ermənistan-İran sərhədində əməliyyat şəraitinin gərginliyi, terrorçu qruplaşmaların ölkəyə daxil olma risklərinin artması ilə izah olunub. Bu, Ermənistan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi üçün inandırıcı görünür. Xüsusilə Ermənistan-İran sərhədi ilə bağlı geosiyasi konteksti nəzərə alsaq, indiki vəziyyətə şübhəsiz ki, fərqli baxışlar var. Və burada məsələ təkcə Zəngəzur dəhlizi deyil. Ermənistan-İran sərhədində vəziyyətin inkişafı kontekstində müəyyən xronoloji əlaqəyə diqqət yetirmək lazımdır.

Rusiya sərhədçilərinin xidmətinin intensivləşdirilməsi iyulun 25-də ABŞ dövlət katibi Blinkenin Bakı və İrəvana zəngindən və Vaşinqtonun regional kommunikasiyaların açılmasına kömək təklifindən sonra baş verir. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bildirib ki, söhbət texniki yardımdan gedir. Ancaq bu yardımın konkret olaraq nə olması məlum deyil.

Eyni zamanda bu mövzu iyulun 2-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayamasından sonra ilk dəfə baş tutan Blinken-Lavrov telefon danışığından sonra gündəmə gəlib. Telefon danışığında bu mövzu müzakirə olunubmu? Bu mənada məlumat çox vacibdir, çünki hadisələrin inkişafının bir məntiqi ola bilər. Çünki Ukraynada müharibə vəziyyətində olan Rusiya Federasiyası və ABŞ hələ də Qafqazı müəyyən mənada faktor zonası hesab edə bilər. Eyni zamanda burada İran faktoru da var. İranla Qərb dövlətləri arasında nüvə sazişi ilə bağlı son zamanlar aktivlik müşahidə edilir.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: "Qarabağ"ın uğurlarını sözlə ifadə etmək mümkün deyil"

SONRAKI XƏBƏR

Rusiyadan Ermənistana soyuq duş: Azərbaycana TAM DƏSTƏK - VİDEO