"Putin çətin ki, Ukraynanı işğal edə bilsin" - Ben Uolles

 

Rusiya prezidenti Vladimir Putin Qərb müttəfiqlərinin Ukraynanı avqusta qədər dəstəkləməkdən yorulacağına və bu müddətdə onu ələ keçirəcəyinə ümid edirdi. AzVision.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kopenhagendə keçirilən mətbuat konfransına deyib.

Uolles qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi uğursuz olub: "Həmçinin Qərb Kiyevə maliyyə və hərbi dəstəyi daha da artıracağını öhdəsinə götürdüyü üçün Rusiya uğursuzluğa düçar olub. Ona görə də Putin çətin ki, Ukraynanı işğal edə bilsin, deyə nazir əlavə edib.

Uolles rusların üç gün əvəzinə altı aya yaxın döyüşdüyünü, həm texnika, həm də şəxsi heyətdə böyük itkiləri verdiyini də vurğulayıb.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Qazın qiyməti KƏSKİN BAHALAŞDI

SONRAKI XƏBƏR

V İslam Həmrəyliyi Oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib