Rusların hücum etmək gücü yoxdur..?

...Rusların artıq hücuma keçməyə gücü yoxdur. İşğalçı qoşunlar ikinci həftədir ki, uğur qazana bilmirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “FreeDom” kanalının efirində hərbi ekspert Oleq Jdanov danışıb.

“...Onların hücumu artıq ikinci həftədir ki, uğursuz alınır. Biz müdafiəni saxlayırıq. Bəli, bizim üçün çox çətindir, itkilər veririk, amma müdafiəni saxlayırıq. Onlar Donetsk vilayətini ələ keçirmək kimi siyasi tapşırığı yerinə yetirə bilmirlər”. Bunu da hərbi ekspert bildirib.

Jdanovun sözlərinə görə, Rusiya Federasiyasının Zaporojye AES-i ilə bağlı təhdidləri Ukraynanın cənubdakı əks-hücumuna cavab ola bilər. Ekspert qeyd edib ki, Zaporojjya Atom Elektrik Stansiyasında təxribatlar Rusiyanın son arqumentidir, çünki onun əslində başqa arqumentləri qalmayıb.
Hərbi ekspertin sözlərinə görə, ruslar Donetsk istiqamətindən qoşunları çıxararaq Zaporojyeyə keçiriblər, çünki işğalçı qoşunlar Zaporojyedən Cənubi Buj istiqamətində hərəkət edib: “...İndi onlar qoşunları geri çəkiblər. Onlar insanlıq və sağlam düşüncəyə baxmayaraq, Ukraynanın irəliləməməsi üçün hansısa yollar axtarırlar”.

Bunu da Jdanov deyir.

Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

İran Zəngəzura baş konsul təyin etdi

SONRAKI XƏBƏR

Türkiyədə üzərindən yük maşını keçən uşaq möcüzəvi şəkildə sağ qaldı - VİDEO