İranın Qafanda konsulluq açmasına cavab olaraq deputatdan TƏKLİF

İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib.

Axar.a xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

O, buna cavab olaraq təcili Şuşada Türkiyə konsulluğunu açmağı təklif edib:

"Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Afrikada Super Liqa yaradılır

SONRAKI XƏBƏR

Çəkiləcəyi serialın hər bölümünə 80 min alacaq