ABŞ-dan nüvə sazişi ilə bağlı İrana TƏLƏB

ABŞ-dan nüvə sazişi ilə bağlı İrana TƏLƏB<span class="qirmizi"></span>

ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində ölkələrin nüvə sazişinə qayıda biləcəyi tələbi ilə İrana çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

Onun sözlərinə görə, bunun üçün Tehran əlavə tələblərdən imtina etməlidir.

"Bunun üçün İran JCPOA çərçivəsindən kənara çıxan əlavə tələblərdən imtina etmək qərarına gəlməlidir. Nəhayət, qərar onların öz ixtiyarındadır" - o bildirib.

 

Patel qeyd edib ki, Amerika tərəfi "sövdələşmənin dərhal həyata keçirilməsinə hazır olduğunu tamamilə açıq şəkildə ifadə edib". Bununla belə, o, Amerikanın yalnız "milli təhlükəsizlik sahəsində Vaşinqtonun milli maraqlarına" cavab verən bu cür razılaşmalara razılaşacağını vurğulayıb.

Murad

Mənbə: publika.az