Bayden yenidən prezident olmaq istəyir

Bayden yenidən prezident olmaq istəyir<span class="qirmizi"></span>

 

ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdən sonra ikinci müddətə namizəd olmaq niyyətini bildirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" amerikalı liderə yaxın çoxsaylı mənbələrə istinadən məlumat yayıb.

İqtisadi siyasətdə son həftələrin uğurları, xüsusən də artan inflyasiyanın dayandırılması və benzinin qiymətinin aşağı düşməsi, habelə onun bir sıra qanunvericilik təşəbbüslərinə Konqresin dəstəyi onu ruhlandırır. Bundan əlavə, mənbələrin məlumatına görə, Bayden hesab edir ki, 2020-ci ildə o, Demokratlar Partiyasının prezidentliyinə namizəd kimi irəli sürülüb, çünki onun Donald Trampı məğlub etmək şansı ən yüksək olub və iki ildən sonra vəziyyət təkrarlana bilər.

Mənbə: teleqraf.com