“Bu gün Qarabağda ontoloji problemlər yaranıb, çıxış yolu bəlli deyil” – Avetisyan

“Bu gün Qarabağda ontoloji problemlər yaranıb, çıxış yolu bəlli deyil” – Avetisyan<span class="qirmizi"></span>

 

“Laçın dəhlizinə alternativ marşrutla bağlı qeyri-dəqiq məlumatlara görə qaz kəmərinin taleyindən danışmaq çətindir. Enerji problemindən əvvəl Qarabağda daha ciddi problemlər var”. Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Artur Avetisyan deyib.

Avetisyan hesab edir ki, insanlar təbii qazsız yaşaya bilirlər, ancaq elektrik enerjisi olmadan mümkün deyil.

“Qazla bağlı müəyyən gecikmələr ola bilər, Qarabağa elektrik enerjisi verilməsə, bu, problem olacaq. Ermənistan yeni yoldan elektrik enerjisinin verilməsi imkanlarını öyrənibmi? Bu gün Qarabağda ontoloji problemlər yaranıb, çıxış yolu bəlli deyil”, - deyə ekspert bildirib.

Avetisyan vurğulayıb ki, Ermənistan yeni AES məsələsini tez bir zamanda həll etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az