Bu il daimi yaşamaq Azərbaycana gələnlərin sayı açıqlanıb

Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan əhalisinin gəlirləri cüzi artıb

SONRAKI XƏBƏR

Cərrahlar uşağın burnundan nəhəng badamı çıxartdı