Müharibə Rusiyaya sıçrayır? - Sərhəddə hərbi fəallıq artır

Müharibə Rusiyaya sıçrayır? - Sərhəddə hərbi fəallıq artır<span class="qirmizi"></span>

 

Rusiya qoşunları Ukrayna ilə sərhədin Bryansk vilayətindəki hissəsinin mühafizəsini gücləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

“Bölmələrimizin qarşısını almaq məqsədi ilə tədbirlər davam edir. Ukrayna-Rusiya sərhədinin Bryansk vilayətindəki hissəsinin mühafizəsini gücləndirmək üçün əlavə tədbirlər görülür”, - məlumatda deyilir.

Baş Qərargah Rusiya ordusunun Ukrayna ərazisində hərbi və mülki obyektlərə hava və raket zərbələri endirməkdə davam etdiyini bildirib. Rus aviasiyasının əsas səyləri Donetsk istiqamətində hücuma cəhd edən quru qoşunlarını dəstəkləməyə yönəlib.

Qeyd edək ki, dünən Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətini atəşə tutduğunu iddia etmişdi.

Mənbə: teleqraf.com