Zabuxda ermənidən təxribatçı çağırış

Zabuxda ermənidən  təxribatçı çağırış<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi işğal zamanı Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-dək kəndi tərk edəcəklər. Artıq bəzi ailələrin evakuasiya üçün hazırlıqlar gördüyü deyilir. Zabuxda ermənilərdən ov tüfəngləri də yığılıb Bu gün isə Zabuxda yaşayan ermənilərdən biri təxribatçı açıqlama verib.

Lavrent Arakelyan adlı erməni deyib ki, kəndi tərk etməyə hazırlaşmır.

- İnsanlar nə edəcəklərsə, mən də onlarla həmrəy olacağam. Amma buradan getməyəcəyəm. Kənddən çıxmaq ağlıma belə gəlmir. Mən buradan getmək istəmirəm, Zabuxda ölmək istəyirəm, - təxribatçı ermən deyib.

Mənbə: azvision.az