Rusiyalı ermənipərəst politoloqdan şok açıqlamalar

“Mən 19 ildir ki, erməni məsələləri ilə məşğulam və ilk dəfə öz-özümə etiraf etməyə başlamışam ki, bu prosesin heç bir perspektivli sonu yoxdur. Sonu divardır. Cavabı yoxdur”.

“Ölkə.Az” xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq, “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov erməni mediasına müsahibəsində deyib.

Laçındakı ermənilərin köçürülməsi məsələsinə toxunan politoloq deyib ki, orada onsuz da çox az adam qalıb, buna görə də köçmək daha yaxşıdır.

“Laçın dəhlizini tərk edin, Ermənistana gedin və orada çox az adam məskunlaşıb, qalanı səhradır. Laçın boşdur, yanından keçdim, gördüm ki, orada heç kim yoxdur”, - o qeyd edib.

Jurnalistin Laçında çox olmasa da, üç yaşayış məntəqəsində 100-ə yaxın ailə qalıb sualına cavab olaraq politoloq deyib ki, rəsmi məlumata görə, orada 10 nəfər var: “Laçında heç kim qalmayıb. Yanından keçdim və təsadüfən avtobus dayanacağında iki uşaqlı gənc qadını gördüm, bu qədər. Rəsmi məlumatlara görə, Laçın boşdur. Niyə Ermənistan hakimiyyəti Laçının ətrafındakı insanlardan evlərini yandırmamağı tələb edir?”

Jurnalistin bu xəbərin hakimiyyət orqanları tərəfindən təkzib olunması ilə bağlı sualına cavab olaraq Kolerov deyib ki, bu, sadəcə, söhbətdir: “Sakinlərə bildirilib ki, evləri sökməsinlər, çünki kompensasiya Azərbaycan tərəfindən ödənilir və s. Bu sualları araşdırmağa başlayan kimi çox acınacaqlı bir mənzərə ilə qarşılaşırıq”.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

“Fransa Rusiya ilə dialoqu davam etdirmək istəyir” - XİN

SONRAKI XƏBƏR

Dəmir Qübbə yalnız zəif raketləri vurur - Baluyevski