Ermənistana daha bir “sürpriz” edə bilərik – Ədalət Verdiyev

Qəhrəman Əsgərimiz Ermənistanın təqvimində bir çox bayramların qeyd olunduğu qırmızı rəngi qara ilə əvəz edib. Bu proses hələ bir müddət də davam edəcək. Ən azından birgə Bəyanatın şərtləri yerinə yetirilənədək, bəlkə də kompensasiya məbləği razılaşdırılana, yaxud tam ödənilənə qədər. Erməni revanşistləri üçün çoxseriyalı yuxusuz gecələrin təmin olunması məqsədilə mən də sürpriz təklifimin olacağını bildirmişdim. Məğlub Ermənistanın məhrum olduğu "müstəqilliyinin" 31-ci ilini qeyd edəcəyi 21 sentyabr tarixində İrəvana növbəti sürprizimiz kimi nəzərdə tutulan təklifim artıq hazırdır.

Son illərin sentyabr aylarının Azərbaycana düşərli olduğunu, Vətən Müharibəsinin və son "Qisas" əməliyyatının bizə verdiyi hərbi-siyasi üstünlükləri nəzərə alıb, Zəngəzur dəhlizinin açılışını da məhz bu tarixə planlaşdıra bilərik. Bununla da məğlub Ermənistanın məhrum olduğu "müstəqilliyinin" 31-ci ilini qeyd etdiyi gün qalib Azərbaycan da Zəngəzur dəhlizinin açılışını bayram edər.

Bir tərəfdə işğalçının göz yaşları, digər tərəfdə isə səsi Təbizə və İrəvana qədər gedib çıxan atəşfəşanlıq!

Məncə təklif realdır və bu addım erməni revanşistlərinin yuxusuz gecələr silsiləsinin bir qədər də uzanması üçün münbit şərait yaradacaq.
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Deputatdan səhv dolu statusuna REAKSİYA – “Dil müəllimim məsələni ictimailəşdirən jurnalistin atası olub”

SONRAKI XƏBƏR

Xocavənddə tapılan erməni helikopterinin qalıqlarının yeni görüntüləri - VİDEO