Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı - VİDEO

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Navas PSJ-dən gedir

SONRAKI XƏBƏR

Qarabağ müharibəsinin həqiqətləri Fransada beynəlxalq sərgidə nümayiş olunur