Baqdasaryandan şok: Daşnaklar orgiyalar təşkil edir

Tanınmış erməni jurnalist Roman Baqdasaryan Teleqram kanalındakı abunəçilərinin diqqətini daşnaklarının Ermənistan üçün daşıdığı təhlükəyə yönəldib.

Axar.az xəbər verir ki, Baqdasaryan sensasion bəyanatla çıxış edərək “Daşnaklar İrəvan mərkəzindəki muzeylərdə orgiyalar təşkil edirlər” deyib.

"Daşnaklar real təhlükə olurlar. Onlar parlamenti dağıdır, Gümrüdə qocaları, İrəvanda polis məmurlarını döyürlər, Erebuni Muzeyində isə orgiyalar təşkil edirlər, indi isə biznesmen Kokobelyanın atasını oğurlayıblar”, - deyə o qeyd edib.

Qeyd edək ki, erməni eks-deputatın atasının oğurlanması faktına görə Daşnak Partiyasının üzvü Suren Manukyan saxlanılıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Pelosinin qalmaqallı Tayvan səfərində incə nöqtə - FOTO

SONRAKI XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + VİDEO