Putinə qarşı çıxmasaq, dünya müharibəsi başlayacaq - Volker

Co Bayden ABŞ-ı Rusiya ilə münaqişəyə sürükləyə biləcək şeylərdən ehtiyata qaçmağa çalışıb.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt volker deyib.

Onun sözlərinə görə, Baydenin belə ehtiyatlı davranışı III Dünya müharibəsini dayandıra bilməz. Bunun tam əksini etmək lazımdır:

"Mənim bu məsələdə tamam başqa fikrim var. Rusiya Prezidenti Vladimir Putinin imperialist ideologiyası Adolf Hitler, Benito Mussolini və ya İkinci Dünya müharibəsi ərəfəsində yaponlarla eynidir. Ona görə də Putinə qarşı olmasaq, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib

SONRAKI XƏBƏR

Laçında növbəti təxribat - Ermənistan bunun bədəlini çox ağır ödəyəcək