ABŞ Rusiyanın canlı qüvvə itkisini açıqladı: Şok rəqəmlər

ABŞ Rusiyanın canlı qüvvə itkisini açıqladı: Şok rəqəmlər<span class="qirmizi"></span>

Rusiyanın Ukraynadakı gündəlik canlı qüvvə itkisi 500 nəfər təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, şərq cəbhəsində Rusiya hərbçilərinin hərəkət tempi ABŞ-ın reaktiv yaylım atəş sistemlərinin gəlməsi ilə daha da səngiyib və bu, Ukrayna qoşunlarına bəzi əraziləri geri qaytarmağa imkan verib.

“Rusların altı aydan az müddətdə 70-80 min itki verdiyini əminliklə demək olar. Onlar son bir neçə həftə ərzində çox olmasa da, şərqdə müəyyən irəliləyiş əldə ediblər, lakin bu, Ukrayna ordusunun nə qədər yaxşı döyüşdüyü və aldıqları yardıma görə Rusiya ordusuna çox baha başa gəlib”, - qəzet ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın sözlərinə yer verib.

Nəşr iki amerikalı məmura istinadla yazıb ki, itkilərin 20 minini ölənlər təşkil edir. Ölənlər arasında “Vaqner” muzdlularının sayı 5 min nəfərdir.

Mənbə: axar.az