“Emənistanda heç kim bizə yardım etmir” – Laçında qanunsuz məskunlaşmış erməni

“Emənistanda heç kim bizə yardım etmir” – <span class="qirmizi">Laçında qanunsuz məskunlaşmış erməni</span>

“Biz müharibə başlamazdan əvvəl Laçında yaşayırdıq. Müharibədən sonra əmr gəldi ki, şəhəri tərk edək. Hamımız Ermənistana gəldik. Bu iki il ərzində çox problemlərlə üzləşdik”. Ordu.az xəbər verir ki, bunu Laçında qanunsuz məskunlaşan Anahit Qriqoryan bildirib.

O qeyd edib ki, müahribədən sonra Ermənistanın yardım edəcəyini gözləyib.

“Ancaq olmadı. Biz o binaya girən kimi, əksinə, insanlar davamlı olaraq bizim çıxmağımızı tələb edən adamları göndərirlər. Hazırda müvəqqəti mənzildə yaşayırıq, lakin hər an oradan çıxarıla bilərik. Dünən binanın sahibi gəlib tələb etdi ki, nə vaxt gedəcəyik, konkret gün desinlər... Başa düşə bilmirəm ki, bizimlə niyə belə davranırlar”, - deyə erməni qadın bildirib.

Müharibədən əvvəl Ermənistana gedən Laçında qanunsuz məskunlaşan ermənilər müharibədən sonra şəhərə qayıda bilirdi. Ancaq tezliklə bu, mümkün olmayacaq. Azərbaycan tərəfi Laçın dəhlizinə alternativ yolun özünəməxsus hissəsinin tikintisini başa çatdırıb.

Mənbə: ordu.az