Daha bir erməni Zabuxla bağlı təxribatçı çağırışlar etdi

Xəbər verdiyimiz kimi işğal dövründə Laçın rayonu və Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər artıq bölgəni Azərbayacana təhvil verirlər. Köç prosesi avqustun 24-nə kimi yekunlaşmalıdır. Amma erməni xisləti növbəti dəfə özünü büruzə verməkdədir.   Müxtəlif təxribatçı çağırışlar olur, hətta Zabux kəndindən çıxmayaraq silahlı mübarizə aparmaq təklifləri də səsləndirilir. Qondarma rejimdə məsul "vəzifələrdə" işləmiş Artur Ayrapetyan isə video yayaraq ermənilərə təxribatçı çağırış edib. O, gənclərə müraciətində onları mübarizəyə qalxmağa çağırıb.

- Biz hamımız Laçında, Zabuxda baş verənlərdən yaxşı xəbərdarıq. Xahiş edirəm, yalnız müraciət və statuslarla məhdudlaşmayaq. Biz "vətən"in müdafiəsinə qalxacağıq, Zabux və Laçındakı soydaşlarımızın yanında olacağıq... Əminəm ki, "torpağımızı", "suyumuzu" müdafiə etmək üçün ayağa qalxmaqla, birləşəcək dönüş edə biləcəyik. Mənəvi cəhətdən təslim olsaq, uduzacağıq, - Ayrapetyan sərsəm çağırışlar edib.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İslamiadanın üçqat mükafatçısı: "Əsas rəqibim özüməm"

SONRAKI XƏBƏR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Qarabağda oğluna toy edir